Alman xalqının gürcü xalqına hədiyyəsi Gürcüstana onun işarəsi kimi gəldi ki, alman xalqına qarşı ən böyük bədxahlığın sona yetməsi kimi və alman xalqını süni iki yerə bölən divarın uçurulması kimi, Gürcüstanda da bədxahlıq tərəfindən ucaldılmış divar uçurulacaq, – bu haqqda Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili Avropa Meydanında Berlin Divarı fraqmentinin ucaldılması mərasimində bəyan etdi.
Gürcüstanın baş naziri alman xalqına və hökumətinə hədiyyə üçün minnətdarlığını bildirdi.
“Mən çox sevinirəm ki, biz Almaniya-Gürcüstan ilini qeyd edirik, həmçinin gələn il ilk respublikanın bəyan edilməsinin 100 iliyidir və 100 il öncə, bu çox önəmnli hadisələrdə Almaniyanın rolunu çox yaxşı xatırlayırıq”,- Giorgi Kvirikaşvili bəyan etdi.
Gürcüstanın baş naziri diqqət yetirdi ki, Berlin Divarının uçurulması gününə həsrn olunmuş foto sərgidə, Gürcüstanın keçmiş prezidenti və keçmiş Sovet İttifaqının o dövrki xarici işlər nazirinin, Eduard Şevardnadzenin fotosu yox idi.
“Məni çox təəcübləndirir ki, Eduard Şevardnadzenin şəkili bu sərgiyə düşmədi. Cünki, Gürcüstanın keçmiş prezidenti və keçmiş Sovet İttifaqının o dövrki xarici işlər nazirinin, Eduard Şevardnadzenin qeyd olunan dünya hadisələrində rolu çox əhəmiyyətli idi. Bu mütləq qeyd olunmalıdır, çünki tarix tarixdir. Gürcüstan-Almaniya arasında əlaqələr dərinləşdirilir. Gələn ilin Frankfurt Kitab Sərgisində Gürcüstan fəxri qonaqdır və biz bu günki gün ilə iki millət arasında olan qardaşlığın əhəmiyyətinə bir daha xüsusi ilə diqqət yetiririk.