Giorgi Kvirikaşvili ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Verner Lipaxla görüşdü
Gürcüstanı doğru və məqsədyönlü siyasəti nəticəsində əldə edilən iqtisadi artımın müsbət dinamikası, islahatların 4 maddəli planınının həyata keçirilməsi prosesində əldə edilən müvəffəqiyyətlər və Asiya İnkişaf Bankının Gürcüstana verdiyi dəstək, baş nazir Giorgi Kvirikaşvili və Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya departamentinin yeni baş direktoru Verner Lipaxın görüşünün əsas müzakirə mövzuları idi.
İqtidar administrasiyasının məlumatına görə, ölkə başçısı ADB-yə Gürcüstana həyata keçirdiyi islahatlar prosesində göstərdiyi dəstək üçün təşəkkür etdi və Verner Lipaxa gələcək fəaliyyətində müvəffəqiyyətlər arzuladı.
Verner Lipax isə, öz növbəsində, bəyan etdi ki, Gürcüstan Avropa və Asiyayı birləşdirən önəmli dəhlizdir və Asiya İnkişaf Bankı tərəfindən dəstəklənən layihələr Gürcüstanda müvəffəqiyyətlə həyata keçirilirlər.