Giorgi Kaxiani - prezidentin parlamentə hesabatın təqdim edilməsində passivliyi müəyyən suallar doğurur
Giorgi Kaxiani - prezidentin parlamentə hesabatın təqdim edilməsində passivliyi müəyyən suallar doğurur

Girogi Marqvelaşvilinin parlamentdə illik hesabatla təqdim olunması tarixi yenə də məlum deyil. Birinci Kanal ilə söhbətində Giorgi Kaxianinin bəyan etdiyinə görə, o, güman edir ki, Giorgi Marqvelaşvili onun üçün siyasi əlverişli vaxtı gözləyir.

 

Reqlamentin 200-cü maddəsinə əsasən, Parlament, bir qayda olaraq, Gürcüstan prezidentinin hərillik hesabatını yaz sessiyası plenar iclaslarının birinci günü dinləyir. Yaz sessiyası fevralın 6-da açıldı və Parlamentdə prezidentin çıxışı baş tutmayıb. Bunun rəsmi səbəbi olaraq prezidentin xaricə səfəri adlandırıldı. Lakin bundan sonra prezident administrasiyası və hakim komanda arasında məsləhətləşmələr baş verməyib.

Giorgi Kaxiani bəyan edir ki, “Gürcü Arzusu” prezidentin hesabatını dinləməyə hazırdır.

Deputat prezident tərəfindən bu məsələyə əks sədanın bu vaxta qədər olmasını qəribə adlandırır.