Soso Kutateladzenin qətli işi üzrə yaxalanan və sonralar azad olunan Giorgi Çanturaiya və bacısı, Mariam Çanturaiyanı təkrar sorğuya çağırdılar. Birinci Kanalın jurnalistinin məlumatına görə, Giorgi Çanturaiyanı və bacısını istintaq idarəsində saat 17:30-da gözləyirlər.
Vəkil Aleksandre Kobaidzenin dəyərlənriməsinə görə, istintaq dalandadır. Onun dediyinə görə, prokurorluq istəyir ki, istintaqı CM-nin 108-cu maddəsi ilə aparsın.
Kobaidzenin dediyinə görə, işdə şübhəli mühitlər biruzə verir. Daha doğrusu, Soso Kutateladzenin başqa insanlarla da münaqişəsi var idi, halbuki vəkilin dediyinə görə, prokuroluq bu istiqamət üzrə işləmir.
Kobaidze bəyan edir ki, müdafiə tərəfi istintaqla əməkdaşlıq etməyə hazırdır.
Axtarışa gəldikdə, Rustavidə, Kazbeqi küçəsində Giorgi Çanturaiyanın evində axtarış başa çatdı. Müstəndiqin dediyinə görə, evdən qanuna zidd əşya çıxarılmayıb. Çıxarılan əşyalar ekspertizaya göndərilib.
Vəkilin jurnalistlərə bildirdiyinə görə, Giorgi Çanturaiyanın təkrar yaxalanmasını istisna edir.