Giorgi Giorqadze - Rusiya Şahmat Federasiyası anlaşılmamazlıq üçün üzr istəyir
Bu gün, Gürcüstan Şahmat Federasiyası fövqəladə bəyanat yaydı. Bəyanatda deyilirdi ki, Rusiyadan, daha doğrusu Xanti Manssiskidən gələn nümayəndə heyəti hədiyyə çantalarını payladı və burada da miniatur xəritə var idi, xəritədə isə, Gürcüstan Abxaziya və Sxinvalisiz göstərilmişdi.
Qeyd olunanla bağlı Birinci Kanala Gürcüstan Şahmat Federasiyası prezidenti, Giorgi Giorqadze şərh verdi.
“Bunu eşidən kimi, Rusiya Federasiyası ilə əlaqə saxladıq və açıqlama tələb etdik. Onlar anlaşılmamazlıq üçün üzr istəyirlər və bəyan edirlər ki, bu mexaniki səhv idi. Araşdıracaqlar günah kimindir, nəşriyyatın yoxsa sifarişçinin. Sabah üçün yeni xəritələr sifariş etdilər və yenidən paylayacaqlar”,- Giorgi Giorqadze bəyan etdi.