Giorgi Qaxaria - Sabahdan etibarən, gürcü din xadimləri üçün Davit Qareci kompleksində mövcud olan bütün kilsələrin qapıları açılacaq
Sabahdan etibarən, gürcü din xadimləri üçün Davit Qareci kompleksində mövcud olan bütün kilsələrin qapıları açılacaq, – Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria, bu günki hökümət iclasında, Azərbaycana səfərini yekunlaşdırarkən verdi.
Onun dediyinə görə, Azərbaycan prezidenti İlham Əliyevlə Davit Qareci haqqında da danışdı.
“Davit Qareci kimi önəmli məsələyi diqqətsiz qoya bilməzdik. Təəsüf ki, sovet dovründən bu yana, 25 ildir ki, Gürcüstan və Azərbaycan arasındaki sərhədlərin müəyyənləşdirilməsi problemi hələ də mövcuddur. Cənab Azərbaycan prezidenti bildirdi ki, dostları coğrafiya və sərhədlər ayırmaz, əksinə birləşdirər, ki bizi birləşdirən ortaq tariximiz var.
Bu mövzu ilə bağlı açıq danışdıq və sabahdan etibarən, Davit Qareci qapıları açılacaq və bu məsələ ilə bağlı, addım-addım ciddi tərəqqiyə nail olacağıq” – dedi Qaxaria
Xatırladaq ki, dünən Gürcüstanın baş naziri rəsmi səfərlə Azərbaycana getmişdi.