Qəzzada baş verən qarşıdurmalar zamanı, İsrail ordusu tanınmış fəalı öldürdü
İordaniyanın qərb sahili və Qəzzada baş verən qarşıdurmalar zamanı dörd fələstinli həlak oldu, 160-ı isə xəsarət aldı. Həlak olanlar arasında tanınmış fəal, İbrahim Abu Turaiadır, – məhdud imkanlara malik insan, o, illərdir ki, Fələstinin müstəqilliyi uğrunda fəal mübarizə aparırdı.
Abu Turaia hər iki ayağını 2008-ci ildə, İsrail aviazərbələri zamanı itirdi.
Qarşıdurmalar iki gündür davam edir. Qarmaqarşıqlıq ABŞ prezidenti tərəfindən Qüdsün isralin paytaxtı olaraq bəyan etməsindən sonra başladı.
Son günlərdə 2 minə qədər insan xəsarət alıb, 100-ə qədər həbs edilib.