Qedevan Popxadze parlament çoxluğunu tərk edir
Qedevan Popxadze parlament çoxluğunu tərk edir

Deputat Qedevan Popxadze parlament çoxluğunu tərk edir.

Bu barədə Qedevan Popxadze Birinci Kanala eksklüziv olaraq bəyan etdi.

Qedevan Popxadzenin açıqladığına görə, onun qərarı İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü olaraq hakim komanda üzvləri tərəfindən Ninia Kakabadzenin namizədliyinin dəstəklənməsi ilə əlaqədardır.

İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü olaraq Ninia Kakabadzeni parlament bu gün təsdiq etdi. Səsvermə nəticələrinə görə, Ninia Kakabadzenin namizədliyini 55 deputat dəstəklədi, əleyhinə isə 12 deputat çıxdı.

Ninia Kakabadzeni parlamentə “Avropa Gürcüstanı” təqdim etdi.