Qedevan Popxadzedə koronavirus təsdiq olundu
Qedevan Popxadzedə koronavirus təsdiq olundu

“Bizim Gürcüstan-Həmrəylik Aliyansı” pıartiyasının icra katibi, Qedevan Popxadzedə koronavirus təsdiq olundu. Məlumatı partiyanın mətbuat xidməti “feysbukda” yayır.

Partiyada bəyan etdiklərinə görə, Qedevan Popxadze Respublika Xəstəxanasına dünən yüksək temperaturla daxil oldu.

Xatırladaq ki, partiyanın siyasi katibi, Levan Qoqiçaişvili və onun həyat yoldaşı, jurnalist Vika Bukiyada koronavirus bir neçə gün bundan əvvəl müəyyən olundu.

Partiyada bəyan edirlər ki, “Bizim Gürcüstan-Həmrəylik Aliyansı” pıartiyasının liderləri bu vaxta qədər izolasiyadadırlar.