Qazaxstan prezidenti Nursultan Nazarbayev vəzifəsindən istefa etdi.
Bu barədə Nazarbayev biraz öncə televiziyanın birbaşa yayımında xüsusi bəyanat verdi.
“Prezident səlahiyyətlərindən azad olmaq qərarını verdim” – dedi Nazarbayev.
Xatırladaq ki, Nursultan Nazarbayev Qazaxstan prezidenti vəzifəsini 1990-cı ildən tuturdu.
2015-ci ildə o prezident vəzifəsinə beşinci dəfə seçildi.