Fransada Turqo liseyinin yaxınlığında şagirdlərin etiraz aksiyası yenidən başlayıb

17:52, 02.11.2026

Parisdə, Turqo liseyinin qarşısında səhər saatlarından etibarən gərgin vəziyyət yaşanıb. Şagirdlər təhsil müəssisəsinin girişini bağlamağa çalışıblar, lakin hadisə yerinə cəlb olunan polis əməkdaşları məktəbin qapısını açdırıblar. Liseyin binası qarşısında onlarla gənc toplaşıb.

Fransada iki həftəlik tətil başa çatdıqdan sonra bu gün tədris prosesi bərpa olunub. Buna baxmayaraq, şagird təşkilatları etiraz aksiyalarını davam etdirəcəklərini bəyan ediblər. Gənclər hökumətin təklif etdiyi təhsil islahatlarını yetərli hesab etmirlər. Onlar universitetlərdə yerlərin sayının artırılmasını, siniflərdə şagird sayının azaldılmasını və təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Etiraz hərəkatının təşkilatçıları noyabrın 3-də daha genişmiqyaslı blokadalar keçirməyi planlaşdırırlar. Noyabrın 5-də isə Fransada müxtəlif peşə birliklərinin iştirakı ilə ümumxalq tətili nəzərdə tutulub.

Oxşar