Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatına görə, keçid körpüsü adlanan ərazidə yanğın nəzarət altına alınıb
Vağzal meydanında, keçid körpüsünün ərazisində yanğın nəzarət altına alınıb.
Gürcüstanın Birinci Kanalına Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib ki, hazırda yanğının nəticələrinin aradan qaldırılması işləri aparılır.
Xidmətin məlumatına görə, yanğının yayılma təhlükəsi yanğınsöndürən-xilasedicilər tərəfindən aradan qaldırılıb.
Yanğın körpüdə yerləşən mağazalardan birində başlayıb və əraziyə yayılıb.