Fövqəladə Hallar İdarəsi Agentliyinin direktoru - “Leogrand”-da nərdivan yanğın təhlükəsizliyinin minimal normalarına da cavab verə bilmirdi
Fövqəladə Hallar İdarəsi Agentliyinin direktoru - “Leogrand”-da nərdivan yanğın təhlükəsizliyinin minimal normalarına da cavab verə bilmirdi

İlkin göstəricilərə görə, “Leogrand” mühmanxanasında mövcud olan nərdivan yanğın təhlükəsizliyinin minimal normalarına da cavab verə bilmirdi, – Fövqəladə Hallar İdarəsi Agentliyinin direktoru Nikoloz Siradze, yanğın nərdivanının mövcudluğu barədə verilən suala bu cür cavab verdi.

Onun dediyinə görə, fövqəladə hallar zamanı bu nərdivanın istifadəsi, praktiki olaraq mümkün deyildi.

“Bildiyiniz kimi, Daxili İşlər Nazirliyi artıq 243-cü maddə ilə istintaqa başlayıb, ilkin göstəricilərə görə, binada olan nərdivan yanğın təhlükəsizliyinin minimal normalarına da cavab verə bilmirdi, fövqəladə hallar zamanı bu nərdivanın istifadəsi, praktiki olaraq mümkün deyildi”, – Nikoloz Siradze bəyan etdi.

 

Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində 10 Gürcüstan və bir İran vətəndaşı həlak oldu.

DİN-in məlumatına görə, 21 nəfərin hospitala yerləşdirilməsi lazım gəldi – onların heç birinin həyatına təhlükə yoxdur. Xəsarət alanlar arasında bir nəfər yanğınsöndürəndir.

Baş verən faktla bağlı istintaq, Gürcüstan CM-nin 243-cü maddəsinin 3-cü hissəsi ilə aparılır – yangın təhlükəsizliyi qaydalarının pozulması.

Mehmanxanada yanğın, noyabrın 24-də, təxminən saat 21:00-da əmələ gəldi.