Finlandiya Hərbi Dəniz Qüvvələrinin komandanı Tuomas Tiilikaynen Baltik dənizində vəziyyətin gərgin, lakin sabit olduğunu bildirib

13:00, 09.11.2026

Finlandiya Hərbi Dəniz Qüvvələrinin komandanı Tuomas Tiilikaynen bildirib ki, Baltik dənizində vəziyyət gərgin, lakin sabitdir. 

Onun sözlərinə görə, Rusiya bu regionda öz imkanlarının son həddinə, ehtimal ki, artıq çatıb. 

Tiilikaynen qeyd edib ki, Rusiyanın “kölgə donanmasına” daxil olan sanksiya tətbiq edilmiş gəmilər sualtı kabellərə, elektrik ötürücü xətlərə və digər mühüm infrastruktura zərər vurmağa və ya onları izləməyə çalışırlar. 

“Onlar bizim nə etdiyimizi və NATO-nun hansı addımları atdığını izləyirlər. Təbii ki, biz də onların fəaliyyətini diqqətlə izləməliyik”, – Finlandiya Hərbi Dəniz Qüvvələrinin komandanı bildirib. 

Kontr-admiral sabitliyin iki mümkün səbəbini göstərib. 

“Rusiya tərəfi görür ki, bu regionda öz mövcudluğunu və döyüş hazırlığını artırmağa təcili ehtiyac yoxdur. Ola bilsin ki, sülh dövründə onların Baltik dənizindəki imkanları, əvvəlki dövrlərdə olduğu kimi, artıq tükənib”, – Tiilikaynen qeyd edib. 

 

Oxşar