Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, “Fayzerin” ilk dozasına qeydiyyat bu gün saat 12:00-dan, peyvənd prosesi isə, 26 iyuldan başlayacaq.
Nazirlikdə bəyan etdiklərinə görə,vaksinasiya prosesinə 37 tibb müəssisəsi qoşulub.
Bununla yanaşı, “fayzerlə” vaksinasiya 16 yaşından yuxarı olan vətəndaşlar üçün mümkündür.
“Fayzerlə” vaksinasiyanın iki dozası 21-28 gün intervalı ilə edilir.
“Fayzer” vaksini “Biontek” Alman partnyor şirkəri ilə birlikdə yaratdı.
“Fayzer” vaksinasiya üçün vizitin sifarişi – booking.moh.gov.ge mümkündür.
Qeydiyyat ilə bağlı məsləhətləşmələrin alınması üçün 15 22 nömrəsinə zəng etmək mümkündür.
İlkin sifariş barəsində yekun təsdiqi vətəndaşlar sms şəklində 24 saat ərzində alacaqlar.
Amerika hökumətinin və bilavasitə prezident Baydenin qərarı ilə, Gürcüstana hədiyyə olaraq verilən 500 min doza”fayzer” vaksini Gürcüstandadır.