"Fayzerin" birinci dozası ilə vaksinasiya bu gündən başlayacaq
"Fayzerin" birinci dozası ilə vaksinasiya bu gündən başlayacaq

“Fayzerin” birinci dozası ilə vaksinasiya prosesi bu gündən başlayacaq.

“Fayzerlə” vətəndaşlar 37 müəssisədə immunizasiyanı edə bilərlər.

Bununla yanaşı, “fayzerlə” vaksinasiya 16 yaşından yuxarı olan vətəndaşlar üçün mümkündür.

“Fayzerlə” vaksinasiyanın iki dozası 21-28 gün intervalı ilə edilir.

“Fayzer” vaksinasiya üçün vizitin sifarişi – booking.moh.gov.ge mümkündür.

Qeydiyyat ilə bağlı məsləhətləşmələrin alınması üçün 15 22 nömrəsinə zəng etmək mümkündür.

İlkin sifariş barəsində yekun təsdiqi vətəndaşlar sms şəklində 24 saat ərzində alırlar.

Amerika hökumətinin və bilavasitə prezident Baydenin qərarı ilə, Gürcüstana hədiyyə olaraq verilən 500 min doza”fayzer” vaksini Gürcüstana iki gün bundan əvvəl gəldi.