"Facebook"və "Instagram" Rusiyadan idarə olunan koordinasiyalaşdırılmış kampaniyaya qoşulan səhifələri sildi
“Facebook”və “Instagram” administrasiyası sosial şəbəkədən Rusiya ilə bağlı olan 500-dən artıq səhifəni sildi. Qeyd olunan səhifələrin bir hissəsi Gürcüstanda da işləyirdi.
Sosial şəbəkə tərəfindən yayılan bəyanatda qeyd olunduğu kimi, bu səhifələrin əksəriyyəti “Sputnik” informasiya agentliyinin əməkdaşlarına məxsusdur. Elə onların məlumatına görə, səhifələr sosial şəbəkədə müvafiq olmayan fəaliyyətlə fərqlənirdi və Rusiyadan idarə olunan koordinasiyalaşdırılmış kampaniyaya qoşulmuşdu.
“Bu gün “Facebook”-dan, sosial şəbəkədə müvafiq olmayan fəaliyyətlə fərqlənən 364 səhifə və hesabı sildik. Bundan başqa, ABŞ hüquqmühafizə orqanlarının məlumatı əsasında “Facebook”-dan 107 səhifə, qrup və hesab, “Instagram”-dan isə, 41 səhifə silindi. Bunlar Rusiya ilə bağlı idi və Ukraynada fəaliyyət göstərirdilər”, – bəyanatda deyilir.
Səhifələrin əksəriyyəti NATO-ya qarşı ismarıcları yayırdı.