Əsgər Kazım Qəhramanov "Krtsanisi" bazasında baş verən hadisənin düzgün istintaqını tələb edir
Əsgər Kazım Qəhramanov "Krtsanisi" bazasında baş verən hadisənin düzgün istintaqını tələb edir

“Krtsanisi” hərbi hissəsində döyülən Kazım Qəhramanovun qardaşı Fuad Qəhramanov və onların ailə vəkilləri hadisənin tam və düzgün istintaqının keçirilməsini tələb edirlər.

Onların bəyanatına görə, əsgər Kazım Qəhramanovu döyənlər beş nəfəridilər, ancaq onlardan sadəcə iki nəfəri həbs edildi.

Qəhramanovun ailəsi həmçinin, baş verən fakta uzaqdan baxıb və reaksiya verməyən serjantın məsuliyyətə cəlb olunmasını da tələb edirlər.

Kazım Qəhramanova istintaq orqanı bugün rəsmi olaraq, zərər görən statusu verəcək.

Xatırladaq ki, “Krtsanisi” təlim mərkəzində yeni çağırılan əsgərlər arasında qarşıdurma baş verdi və bununla bağlı hərbi polis departamentində cinayət içi qaldırıldı.

Hərbi hissədə əsgərə qarşı edilən fiziqi təzyiq faktı ilə bağlı iki nəfər həbs edildi.