Ermənistanın səfirliyi – Poniçala qəsəbəsində baş vermiş faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk. Bu ağır anlarda qardaş Gürcüstana rəğbətimizi və həmrəyliyimizi ifadə edirik
Gürcüstandakı Ermənistan səfirliyi Poniçalada baş vermiş partlayış nəticəsində yaşanan faciə ilə əlaqədar hüznünü ifadə edir və həlak olanların ailələrinə başsağlığı verir.
“ Tbilisinin Poniçala qəsəbəsində baş vermiş partlayış nəticəsində yaşanan faciə və insan tələfatı ilə əlaqədar dərin hüznümüzü bildiririk. Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk, onlara təsəlli diləyirik.
Xəsarət alanlara tezliklə sağalmalarını arzulayırıq. Bu ağır anlarda qardaş Gürcüstana rəğbətimizi və həmrəyliyimizi bildiririk”, – Ermənistanın səfirliyi sosial şəbəkədə yazır.