Ermənistanın MSK-sı səslərin hesablanmasını başa çatdırdı - vaxtından əvvəl parlament seçkilərində 70.43 faiz ilə Nikol Paşinyan qələbə qazandı
Ermənistanın vaxtından əvvəl parlament seçkilərində 70.43 faiz ilə Nikol Paşinyanın “Mənim addımım” partiyası qələbə qazandı.
Ermənistanın Mərkəzi Seçki Komissiyası bülletenlərin hesablamasını yerli vaxtla saat 07:30-da başa çatdırdı.
Səslərin hesablanmasından sonra, seçkilərdə ikinci yeri, 8.27 faiz ilə, “Çiçəklənmiş Ermənistan” partiyası tutdu.
Ermənistan MSK-nın məlumatına görə, beş illik müddətlə parlamentə Nikol Paşinyanın partiyası və səkkiz müttəfiqi daxil olurlar.
Öncəki çağırış parlamentində çoxluğu təşkil edən “Respublikaçılar Partiyası” seçkilərdə səslərin 4.7 faizini topladı.