Ermənistanın hakim partiyası baş nazir postuna Sarkisyanın namizədliyi irəli sürdü
Ermənistanın hakim partiyası baş nazir postuna keçmiş prezident Serj Sarkisyanın namizədliyi irəli sürdü. Bu barədə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan bildirib.
Ötən şənbə günü Sarkisyanla keçirdiyi görüşün nəticələrinə toxunan Karapetyan deyib ki, onlar görüşdə baş nazir vəzifəsinə namizədliyin irəli sürülməsi məsələsini müzakirə ediblər.
Qeyd edək ki, Ermənistanda martın 2-də keçirilmiş seçkilərdə Armen Sarkisyan prezident seçilib.
2015-ci ildə Ermənistan Konstitusiyasına edilmiş dəyişikliklərə əsasən bu ildən etibarən ölkə parlament idarə üsuluna keçib. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.