Ermənistanda həbs edilən demonstrantların sayı 59-a qədər artdı
Ermənistanda həbs edilən demonstrantların sayı 59-a qədər artdı

Ermənistanda həbs edilən demonstrantların sayı 59-a qədər artdı.

Bu barədə məlumatı yerli agentlik News.am Ermənistan polisinin mətbuat xidmətinə istinadən yayır.

Həbs edilənlərin hamısı inzibati hüququ pozmaqda ittiham edilirlər.

News.am-ın yaydığı məlumata görə, dünən Erevanda, Baqramyan prospektində polis və demonstrantlar arasında qarşıdurma baş verdi.

Polis aksiya iştirakçılarına qarşı səsli qumbaradan istifadə etdi.

Agentliyin məlumatına görə, insindent zamanı 46 nəfər zərər gördü, onların arasında müxalifət partiyasının lideri Paşinyan da var idi.

Etiraz aksiyasının iştirakçıları artıq iki gündür Erevanın mərkəzi küçələrini bağlayıblar.

Biraz bundan əvvəl Nikol Paşinyan Ermənistanda “Məxməri inqilab”-ın başlamasını elan etdi və tərəfdarlarını Erevanın mərkəzi küçələrini bloklamağa çağırdı.

Aksiya iştirakçıları sabiq prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə seçilməsini etiraz edirlər.

Serj Sarkisyanın namizdəliyini Ermənistan parlamenti bugün baş nazir vəzifəsi üçün səs verməyə çıxartdı və təsdiqlədi.