Emmanuel Makron istəyir ki, Avropa İttifaqının əsas dili fransız dili olsun
Emmanuel Makron istəyir ki, Avropa İttifaqının əsas dili fransız dili olsun

Emmanuel Makron istəyir ki, Avropa İttifaqının əsas dili fransız dili olsun.

The Wall Street Journal yazır ki, bunun səbəbi Böyük Britaniyanın Avropa İttifaqından çıxması olmalıdır.

Nəşriyyatın yaydığı məlumata görə, qeyd olunan təşəbbüs haqqında Emmanuel Makron ilk dəfə martın 20-də Beynəlxalq Frankofoniya günündə bəyan etdi.

“İngilis dili Brüsseldə, heç bir zaman, Breksitin müzakirə edildiyi zamanki kimi geniş miqyasda təqdim edilməmişdi, ancaq bu dil dominantlığı heç də qaçınılmaz deyil” – dedi Makron.

Makron hesab edir ki, 1973-cü ilə qədər Avropa İttifaqınən əsas dili fransız dili idi və bu vəziyyət geri qaytarılmalıdır.

Nəşriyyatln yazdığına görə, Fransa liderinin bu təşəbüsü dəstəkləyənlər də var.

Məsələn, aprel ayında, Avropa İttifaqında Fransanın rəsmi nümayəndəsi Filip Le-Qliz Kosta tədbirlərin birində iştirak etməkdən sadəcə ona görə imtina etdi ki, o ingilis dilində keçirilirdi.

Bundan əlavə, The Wall Street Journal qeyd edir ki, bu məsələdə Makronu Avropa İttifaqının sədri Jan-Klod Yunker də dəstəkləyir.

Avropa İttifaqında rəsmi olaraq 24 dil hesab edilir.

Ölkələr səviyyəsində ingilis dili rəsmi olaraq, sadəcə Böyük Britaniyada, İrlandiyada və Maltada hesab edilir.

Hazırda ingilis dili Avropa İttifaqının sənədlərinin 81%-də istifadə olunur, fransız dili 5%-də, alman dili – 2%-də.