Elizabet Rud - Rusiyaya müraciət edirik ki, Gürcüstanla avia-uçuşları bərpa etsin, çünki bütün dünyanın turistləri Gürcüstanda təhlükəsiz səyahət edirlər
Elizabet Rud - Rusiyaya müraciət edirik ki, Gürcüstanla avia-uçuşları bərpa etsin, çünki bütün dünyanın turistləri Gürcüstanda təhlükəsiz səyahət edirlər

ABŞ Rusiya iqtidarı və Duma tərəfindən Gürcüstana qarşı həyata keçiriləcək qeyri-proporsiyonal sanksiyaları böyük narahatçılıqla izləyir, – bu barədə bəyanatı Gürcüstanda ABŞ səfirinin vəzifələrinin icraçısı Elizabet Rud verib.

Onun dediyinə görə, müsbət haldır ki, indi necə Gürcüstan, eləcədə Rusiyanın liderləri ikitərəfli münasibətlərin stabilləşdirilməsi üçün addımlar atırlar.

“Biz Rusiyaya müraciət edirik ki, Gürcüstanla avia-uçuşları bərpa etsin, çünki bütün dünyanın turistləri Gürcüstanda təhlükəsizcə səyahət edirlər.

Biz Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik və bilirik ki, Cənubi Osetiya və Abxaziya Gürcüstanın ayrılmaz hissəsidir” – dedi Elizabet Rud.