Elizabet Rud - Əminəm ki, Gürcüstan öz hərbi texnologiyalarından məsuliyyətlə istifadə edə bilir
Gürcüstanda Amerika Birləşmiş Ştatlarının səfirinin vəzifəsini icra edən Elizabet Rud, ABŞ prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun “Gürcüstan iqtidarına, Rusiyaya verilən bir neçə Javelin raketlərinə görə, ABŞ-la əməkdaşlığın başa çatması haqqında xəbərdarləq verdiyi” barədə yayılan məlumatı yalan adlandırdı.
“Gürcüstan və ABŞ-ın möhkəm hərbi əməkdaşlığı davam edir və əminəm ki, Gürcüstan öz hərbi texnologiyasından məsuliyyətlə istifadə edə bilir. İki ölkə arasındaki hərbi əməkdaşlığın başa çatması haqqında məlumat yalandır” – dedi Elizabet Rud.
Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi də yaydı.
Nazirliyinin məlumatına görə, nə olduğu məlum olmayan qəribə “ReportBlogs” adlı veb-səhifə, hansında yayılan məlumatı, “Milli Hərəkat” partiyasının üzvü Nika Rurua öz Facebook səhifəsində yayır, “fake-nyusların” klasik nümunəsidir.