Ekaterine Tikaradze - Yoxsul ailələri dəyərləndirərkən, sosiyal agentlər kamera ilə işləyəcəklər
Ekaterine Tikaradze - Yoxsul ailələri dəyərləndirərkən, sosiyal agentlər kamera ilə işləyəcəklər

Parlamentin plenar iclasında nitqlə çıxış edərkən, Səhiyyə Naziri Ekaterine Tikaradze sosiyal cəhəddən müdafiyəsiz olan şəxslərlə bağlı məsələlər haqqında danışdı.

Onun dediyinə görə, nazirlik ailələrin iqtisadi durumu barədə intensiv yoxlayış keçirir ki, bundan sonra, gərəkən yardımı ən çox ehtiyacı olan vətəndaşlar alsınlar.

Nazir qeyd etdi ki, belə yoxlayışlar hazırda da aparılır.

“Mənim əsas məqsədim ailələrin sosiyal durumunun dəyərləndirmə metodologiyasını təkmilləşdirmək və gərəkən yardımın maksimal dərəcədə ədalətli şəkildə verilməsini təmin etməkdir” – dedi Səhiyyə Naziri.