Ekaterine Tikaradze - Əhaliyi əmin etmək istəyirəm ki, bu mərhələdə Gürcüstanda koronavirusun yayılma riski yox deyiləcək qədər azdır
Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradzenin bəyanatına görə, bu mərhələdə Gürcüstanda koronavirusun yayılma ehtimalı çox azdır.
“Əhaliyi əmin etmək istəyirəm ki, bu mərhələdə Gürcüstanda koronavirusun yayılma riski yox deyiləcək qədər azdır və epidemiya riski yoxdur” – dedi Səhiyyə Naziri.
Onun dediyinə görə, hazırda İnfeksiya Xəstəxanasının xüsusi bölməsində olan 13 nəfər, koronavirsla xəstə deyil.
Tikaradzenin dediyinə görə, 13 nəfərdən xəstəxanada 10 nəfər qalıb.
“Hazırda İnfeksiya xəstəxanasında 10 nəfər var. Bir İtaliya vətəndaşı, iki gürcü, beş iranlı, qalanı isə, Azərbaycan vətəndaşlarıdır. Onlar hazırda müşahidə altındadırlar və kimsə üçün təhlükə deyillər” – dedi Səhiyyə Naziri.