Ekaterine Dqebuadze - bu gün ən önəmli məsələ, tədrisin sinif otaqlarında nə vaxt bərpa olunmasıdır, ümid edirəm bu məlumatı tezliklə bəyan edəcəyik
Gürcüstan Təhsil nazirinin müavini, Ekaterine Dqebuadze bəyan edir ki, bu gün ən önəmli məsələ, tədrisin sinif otaqlarında nə vaxt bərpa olunmasıdır.
Elə onun dediyinə görə, bu məsələ üzrə koordinasiya şurası, həmçinin həkim və epidemoiloqlar ilə hər günlük işçi proses mövcuddur.
“Bu gün ən önəmli məsələ, tədrisin sinif otaqlarında nə vaxt bərpa olunmasıdır. Bu məsələ üzrə koordinasiya şurası, həmçinin koordinasiya şurasi ilə işləyən həkim və epidemoiloqlar ilə hər günlük işçi proses mövcuddur. Tədris prosesinin tədris siniflərinə qayıtmasının nə forma və nə vaxt baş verməsi planı ətrafında müzakirələr aparılır. Söhbət distansiyalı rejimdə olan 10 şəhərdən gedir. Ümid edirəm bu məlumatı tezliklə bəyan edəcəyik”, – Ekaterine Dqebuadze Gürcüstanın Birinci Kanalının efirində bəyan etdi.