Əfqanıstanda qadınlar "Talliban"ın gözəllik salonlarını qadağan etmək qərarına etiraz ediblər
Əfqanıstanda qadınlar "Talliban"ın gözəllik salonlarını qadağan etmək qərarına etiraz ediblər

Əfqanıstanda qadınlar “Talliban”ın gözəllik salonlarını qadağan etmək qərarına etiraz ediblər.

“BBC”nin məlumatına görə, qadınlar Kabil küçələrində “iş, çörək və ədalət” şüarları səsləndiriblər, bundan sonra “Talliban” üzvləri aksiya iştirakçılarına qarşı təzyiqli sudan istifadə ediblər. Medianın məlumatına görə, aksiyada ümumilikdə 50 qadın iştirak edib.

Bundan başqa, “Talliban”ın qərarına əsasən, gözəllik salonlarına fəaliyyətini dayandırmaq üçün bir ay müddət verilib. Müddət avqustun 2-də başa çatır. “Talliban”ın fikrincə, parik taxmaq və qaşlara baxmaq islami dəyərlərə uyğun gəlmir.

Əfqanıstan Ticarət Palatasının məlumatına görə, ölkədə gözəllik salonlarının bağlanması nəticəsində 60 000 insan işsiz qalacaq.

Qadın hüquqlarının qorunması baxımından Əfqanıstanda vəziyyət 2021-ci ildən, “Talliban” ölkəni idarə etməyə qayıtdıqdan sonra daha da pisləşib.

Hazırda Əfqanıstanda qadınların nə məktəbə, nə də idman zallarına, parklara getmək hüququ var. “Talliban” qadınların BMT-də işləməsini də qadağan edib.