Berlində naməlum şəxslər məscidi yandırdılar. Bu barədə məlumatı “DW” yayır.
Mətbuat vasitəsinin məlumatına görə, gecə, üç naməlum şəxs türk məsdcinin pəncərələrini sındırdı və binaya od vurdu.
Hadisəni görənlər polisi çağırdılar. Lakin hadisə yerinə gedən hüquqmühafizəçilər cinayətkarları yaxalaya bilmədi. Yanğınsöndürənlər alovu tezliklə söndürdülər, lakin məscidin hissəsindən biri tamamilə yandı.
Almaniya Daxili İşlər Nazirliyinin hesabatına görə, Almaniyada 2017-ci ildə müsəlmanlar və müsəlmanlar idarəsinə 950 hücum həyata keçirildi.