“Batumidə , “Leogrand” mehmanxanasında baş vermiş yanğın zamanı həlak olanlarla görə, Gürcüstan hökumətinə və gürcü xalqına dünya liderləri baş sağlığı verirlər.
Litvanın Xarici İşlər naziri Linas Linkeviçus müvafiq bəyanatı rəsmi “Tvitter” səhifəsində yayır.
“Gürcü xalqına dözümlülük arzulayıram. Həlak olanlara görə böyük kədərimi ifadə etmək istəyirəm və onların yaxınlarına baş sağlığı verirəm. Xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram”, – Litvanın Xarici İşlər naziri yazır.
Estoniya Xarici İşlər Nazirliyi
“Batumidə , “Leogrand” mehmanxanasında baş vermiş yanğın zamanı həlak olanların yaxınları ilə öz kədərimlə paylaşıram. Zərərçəkənlərə tezliklə sağalmalarını arzulayıram”,- Estoniya Xarici İşlər Nazirliyi rəsmi “Tvitter” səhifəsində yayılan baş sağlığı məktebenda deyilir.
Türkiyənin baş naziri
Türkiyənin baş naziri Binəli Yıldırım, Batumi faciəsi ilə əlaqədar, Giorgi Kvirikaşvili və gürcü xalqına baş sağlığı məktubunu göndərir.
“Böyük kədərlə xəbər aldım ki, axşam saatlarında, Batuminin mühmanxanalarının birində baş verən yanğına görə, ondan artıq insan həlak oldu və xəsarət alan oldu. Şəxsən mən və Türkiyə hökuməti sizin və dost gürcü xalqının kədəri ilə paylaşırıq. Xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram.
Fürsətdən istifadə edərək, sizə və gürcü xalqına sağlamlıq və xoşbəxtlik arzulamaq istəyirəm”, – Türkiyənin baş nazirinin baş sağlığı məktubunda deyilir.
Tereza Mey
Böyük Britaniyanın baş naziri Tereza Mey, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və gürcü xalqına, Batumidə baş verən faciəyətə görə, baş sağlığı verir.
“Batumidə , “Leogrand” mehmanxanasında baş vermiş yanğına görə kədərliyəm. Həlak olanların ailəsi və gürcü xalqına baş sağlığı verirəm”, – Britaniyanın baş naziri yazır.
Batumidə, baş vermiş yanğın nəticəsində həlak olanlara görə, 27 noyabr, Gürcüstanda matəm günüelan edildi.
Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində 10 Gürcüstan və bir İran vətəndaşı həlak oldu.
DİN-in məlumatına görə, 21 nəfərin hospitala yerləşdirilməsi lazım gəldi – onların heç birinin həyatına təhlükə yoxdur. Xəsarət alanlar arasında bir nəfər yanğınsöndürəndir.
Baş verən faktla bağlı istintaq, Gürcüstan CM-nin 243-cü maddəsinin 3-cü hissəsi ilə aparılır – yangın təhlükəsizliyi qaydalarının pozulması.
Mehmanxanada yanğın, noyabrın 24-də, təxminən saat 21:00-da əmələ gəldi.