Dünya Futbol Çempionatının açılşında işğal edilən Abxaziya və Sxinvali regionlarının liderləri də iştirak edirdilər
Rusiyada keçirilən Dünya Futbol Çempionatının açılşında işğal edilən Abxaziya və Sxinvali regionlarının liderləri də iştirak edirdilər.
Separatist rejimlərin rəhbərləri Raul Xacimba və Anatoli Bibilov tədbirə təşkilatçıların dəvəti ilə gediblər. Onlar rəsmi nümayəndə heyyətləri üçün ayrılan xüsusi tribunada otururdular.
Rusiya prezidentindən başqa, çempionatın açılışında 11 dövlətin Azərbaycan, Ermənistan, Belarus, Moldova, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Liban, Səudi Ərəbistan, Boliviya və Paraqvayın liderləri iştirak etdilər.
Açılış mərasimində Fransanın sabiq prezidenti Nikolya Sarkozi də iştirak edirdi.
Mərasimi Vladimer Putin və FİFA-nın sədri Cani İnfantino açdılar.
Avropa ölkələri və Avstraliya isə, Rusiyada keçirilən dünya Futbol Çempionatına diplomatik boykot elan etdilər.