Dünya Antidopinq Agentliyi Rusiyaya ən önəmli idman tədbirlərində iştirakını dörd illiyinə qadağan etdi
Dünya Antidopinq Agentliyi (WADA) Rusiyaya ən önəmli idman tədbirlərində iştirakını dörd illiyinə qadağan etdi. Bu deməkdir ki. 2020-ci il Tokiyo Olimpiadasında və Qatarda keçirilən 2022-ci il Dünya Futbol Çempionatında Rusiyanın bayrağı ucaldılmayacaq.
Dopinq qalmaqılında iştirak etmədiyini təsdiq edə bilən rus idmançıları yarışda iştirak edə biləcəklər, lakin “neytral” bayraq ilə.
Qeyd olunan qərarı Dünya Antidopinq Agentliyi təşkilatın iclasında bu gün yekdilliklə qəbul etdi.
Dörd il ərzində Rusiya Federasiyası ərazisində böyük beynəlxalq idman tədbirləri keçirilməyəcək.
Sanksiyalar idmançılardan başqa bir çox rus yüksək vəzifəlisinə aid oldu.