Donald Tusk Breksitin bir il müddəti ilə təxirə salınması təşəbbüsünü irəli sürdü
Avropa Şurasının prezidenti Donalq Tuskun təklifi ilə, Londonun Breksit razılaşmasının ratifikasiyasını edə bildiyi şərtlərdə, Avropa İttifaqından Böyük Britaniyanın çıxması bir il müddəti ilə təxirə salınmalıdır.
Avropa İttifaqının fövqəladə sammitindən bir gün öncə, qeyd olunan təşəbbüslə Donald Tusk ittifaqın üzv ölkələrinə müraciət etdi.
Tuskun məktubunda deyilir ki, Böyük Britaniyaya müəyyən şərtlərlə daha uzun müddətin verilməsi hər iki tərəf üçün daha əlverişli olacaq.
Avropa Şurasının prezidentinin dediyinə görə, belə şərtlərdə, fövqəladə sammitin keçirilməsinə ehtiyac da qalmayacaq.
Breksit məsələsi ilə bağlı sabah Brüsseldə fövqəladə sammit keçiriləcək.
Görüş zamanı Avropa İttifaqı Breksitin iyunun 30-na qədər təxirə salınması məsələsini səs verməyə çıxardacaq.
Əgər üzv ölkələrdən biri Böyük Britaniyanın ittifaqdan çıxmasının təxirə salınmasına qarşı çıxsa, London Avropa İttifaqını 2019-cu ilin aprelin 12-də tərk etməli olacaq.