Donald Tramp – İsrail Donald Tramp olmadan mövcud olmazdı

13:20, 09.11.2026

 

ABŞ Prezidenti Donald Tramp İsrailin onun dəstəyi olmadan mövcud ola bilməyəcəyini bildirib. Bu barədə o, CBS-ə verdiyi müsahibədə danışıb. 

Trampın sözlərinə görə, ABŞ B-2 bombardmançı təyyarələri ilə İranın üç obyektinə zərbə endirib. 

“Donald Tramp olmasaydı, İsrail mövcud olmazdı. Çünki bir ildən çox əvvəl bu möhtəşəm B-2 bombardmançı təyyarələri ilə hücum edərək üç obyekti bombaladıq”, – Tramp bildirib. 

İsrailə İran əleyhinə zərbələr endirməkdə kömək etdiyinə görə peşman olub-olmadığı və yalnız konkret nüvə obyektlərini hədəfə almağın mümkün olub-olmadığı barədə jurnalistin sualını cavablandıran Tramp bunun mümkün olduğunu deyib. Bununla belə, başqa yol seçdiklərini və İranın nüvə proqramını məhv etdiklərini bildirib. 

“Bunu yenidən etmək lazım gəlsəydi, yenə də edərdimmi? Cavabım qəti şəkildə bəlidir. Çünki İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik”, – Tramp qeyd edib. 

ABŞ Prezidenti müsahibə zamanı immiqrasiya siyasətinə də münasibət bildirib. Jurnalist Trampdan deportasiya siyasətində həddin aşılıb-aşılmadığını soruşub. Tramp isə belə cavab verib: “Düşünürəm ki, bəlkə də, həddindən artıq sərt olub”. 

Oxşar