DİN-in Xidmət Agentliyinin yeni xidmət mərkəzi David Ağmaşenebeli prospekti, 129 ünvanında açılıb
Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin yeni xidmət mərkəzi David Ağmaşenebeli xiyabanı, 129 ünvanında açılıb.
Açılış mərasimində Xidmət Agentliyinin direktoru Şalva Kbilaşvili iştirak edib. O, əməkdaşlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb və yeni iş mühitinin əhəmiyyətini vurğulayıb.
Qurumun məlumatına görə, yeni mərkəz müasir standartlara uyğun təchiz olunub. Burada vətəndaşlara nəqliyyat vasitələrinə baxış keçirilməsi, ekspert yoxlamasının aparılması və müvafiq aktın tərtib edilməsi, eləcə də nəqliyyat vasitələrinin ixracı, ilkin qeydiyyatı və yenidən qeydiyyata alınması xidmətləri göstəriləcək.