Dimitri Kumsişvili - şaxtanın texniki təftişi keçən il həyata keçirildi, lakin insanların həlak olduğu zaman bunun nə önəmi var
Gürcüstanın baş nazirinin birinci müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri, Dimitri Kumsişvili Tkibulidə, Mindeli adına şaxtada baş verən hadisə nəticəsində xəsarət alanları ziyarət etdi.
Nazirin dediyinə, Kutaisi Xəstəxanasına yerləşdirilən xəsarət alanlardan birinin sağlamlıq durumu kafidir. Kumsişvili onunla baş verənlərin detalları barəsində də söhbət etdi.
“Kutaisi Xəstəxanasına yerləşdirilən iki xəsarət alanı ziyarət etdik. Onlardan birinin sağlamlıq durumu kafidir. Onunla baş verənlərin detalları barəsində söhbət etdim”, – Dimitri Kumsişvili bəyan etdi.
Onun dediyinə görə, ikinci pasientin durumu ağırdır, lakin danışa bilir.
Nazir xəsarət alanların ailə üzvləri ilə də görüşdü.
Nazir əmək təhlükəsizliyi məsələsi barəsində də söhbət etdi və qeyd etdi ki, şaxtanın texniki təftişi keçən il həyata keçirildi. Onun dediyinə görə, analoji hadisə 1986-cı ildə də baş verdi.
“İnsanların əmək təhlükəsizliyinin təmin olunması ki, müdafiə olunmalıdır, faktdır. Şaxtanın texniki təftişi keçən il həyata keçirildi, lakin insanların həlak olduğu zaman bunun nə önəmi var”, – Dimitri Kumsişvili bəyan etdi.
Tkibulidə, Mindeli adına şaxtada həlak olanların cəsədlərini Kutaisiyə, Samxarauli adına Ekspertiza Bürosuna bir neçə saat əvvəl uğratdılar.
Tkibulidə, Mindeli adına şaxtada baş verən hadisə nəticəsində 6 nəfər həlak oldu, 3 nəfər xəsarət aldı.
DİN-dən bəyan etdiklərinə görə, faktla bağlı GCM-nin 240-cı maddəsinin ikinci hissəsi ilə istintaqa başlanıb.