Dimitri Kumsişvili - Aprel ayında 6.5 faizlik iqtisadi artım qeyd olundu və bu 2014-cü ildən sonra ən yüksək göstəricidir
İlkin dəyərləndirmələrə görə, 2018-ci ilin aprel ayında, əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə, 6.5 faizlik iqtisadi artım qeyd olundu, – bu barədə bəyanatı Gürcüstanın birinci vitse-premyeri və eyni zamanda, İqtisadiyyat Naziri Dimitri Kumsişvili verdi.
İqtisadiyyat Naziri “SakStat” tərəfindən yayılan göstəricilər və iqtisadi artım haqqında bugün keçirdiyi brifinqdə bəyan etdi.
“İqtisadi artım tempinin belə yüksək göstəriciləri 2014-cü ildən sonra müşahidə olunmayıb,” – dedi Kumsişvili.
Dimitri Kumsişvilinin məlumatına görə, iqtisadi artım göstəricilərinə bir neçə faktor təsir etdi: xidmətlərin ixracı və beynəlxalq turizmdən gələn gəlirlər əhəmiyyətli dərəcədə artdı və 238.9 milyon ABŞ dollarını təşkil etdi.
Turizmdən alınan gəlirlər iqtisadi artımın təqribən 3.8 faizlik maddəsini təşkil etdi.
“Gürcüstan iqtidarı iqtisadi artıma doğru gedən islahatlara davam edir. Biraz bundan əvvəl yeni islahatları da elan etdik, bunların arasında kredit siyasəti var, hansı ki, kiçik və orta bizneslərin inkişafı üçün əlverişli şərait yaradacaq” – dedi İqtisadiyyat Naziri.