Davit Zalkaniani - Avropa İttifaqı ilə asosiasiya yetərli deyil, Aİ-nin üzvü olmaq üçün daha fəal addımlara ehtiyacımız var
Batumidə planlaşdırılan Avropa konfransı bugün xüsusi olacaq, çünki Gürcüstan presedentsiz dərəcədə çox və yüksək ranqlı qonaqlara ev sahibliyi edəcək, – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani verdi.
Onun dəyərləndirməsinə görə, konfransı Avropa Şurasının prezidenti Donald Tuskun açması, Avropa İttifaqı üçün bu konfransın nə qədər önəmli olduğunu göstərir.
Xarici İşlər Naziri qeyd etdi ki, son 10 il ərzində, Gürcüstan “Şərq Partnyorluğu” formatında, necə iqtisadi, eləcədə, demokratik inkişaf baxımından əhəmiyyətli transformasiya yaşadı.
“Ölkə olaraq, həqiqətən gözə görünən, əhəmiyyətli nəticələr əldə etdik. Avropa İttifaqı ilə Asosiasiya razılaşmamız var, vizasız gediş-gəliş rejimi var. Avropa İttifaqı Gürcüstan üçün xüsusi formatlar yaratdı. Ancaq biz daha artığını istəyirik, bu ambisiyalı bir bəyanatdır, ancaq Asosiasiya razılaşması bizə yetmir, daha artığını istəyirik, Avropa İttifaqının üzvlüyünə doğru daha fəal irəliləyişlər istəyirik” – dedi nazir.
Onun dediyinə görə, konfransda Gürcüstanın Avropa İttifaqına verdiyi ən önəmli mesajlardan biri bu olacaq.
İyulun 11-12-də Batumidə, “Şərq Partnyorluğunun” 10 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək.