David Zalkaliani - Rusiya Federasiyası Avropa Şurasında bu dəfə də yalnız qaldı
Avropa Şurasının baş katibi, Turbiorn Yaqlandın “Gürcüstanda münaqişə” adlı hesabatı ilə razılaşmayan yeganə ölkə Rusiya Federasiyası idi, – Bu haqda Birinci Kanala hesabatın müzakirəsindən sonra Gürcüstan xarici işlər naziri müavini David Zalkaliani bəyan etdi.
Nazir müavinin dediyinə görə, hesabata pozitiv əks sədalar verildi, Avropa İttifaqı və asosiyasiyalaşdırılmış ölkə nümayəndələri tərəfindən gürcü tərəfinin çıxışına da müsbət dəyərləndirmə verildi.
Zalkalianinin qeyd etdiyinə görə, iclasda nümayəndə heyyətinin üzvləri işğal ərazisində mövcud durumu pislədilər və Rusyanı, işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılması haqqında 2008-ci il öhdəlikliklərinin yerinə yetirilməsinə çağırdılar.
“Hesabatı ilə razılaşmayan yeganə ölkə Rusiya Federasiyası idi, onların heç cür dəstəyi yox idi. Onlar faktiki olaraq yalnız idilər”,- Birinci Kanal ilə söhbəti zamanı David Zalkaliani bəyan etdi.
Nazirlər müavinləri komitəsi iclasında təqdim olunmuş sənəd, Zalkalianinin dediyinə görə, yazda təqdim olunan hesabatdan fərqlənirdi, çunki işğal olunmuş ərazidə durum hiss olunacaq dərəcədə pislşmişdir.