David Zalkaliani - Gürcüstan-Azərbaycanın birgə delimitasiya komissiyasının işi bərpa olunacaq, monastr kompeksində hərəkət əngəllər olmadan baş verəcək
David Zalkaliani - Gürcüstan-Azərbaycanın birgə delimitasiya komissiyasının işi bərpa olunacaq, monastr kompeksində hərəkət əngəllər olmadan baş verəcək

Biz Azərbaycan tərəfi ilə razılaşdıq ki, yaxın zamanda birgə delimitasiya komissiyasının iclası bərpa olunacaq və monastr kompeksində hərəkət əngəllər olmadan baş verəcək, – bu barədə Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani bəyan etdi.

David Zalkalianinin dediyinə görə, qeyd olunan məsələ ilə bağlı Gürcüstanın baş nazirinin tapşırığı ilə, onun azərbaycanlı həmkarı ilə intensiv əlaqəsi var idi.

“İctimaiyyətə bildirmək istəyirəm ki, bütün bu müddət ərzində, baş nazirin tapşırığı ilə azərbaycanlı həmkarımla intensiv əlaqəm var idi və var da. Gürcüstan və Azərbaycan strateji partnyordular. Sözsüz ki, məsələnin sensitivliyindən irəli gələrək məsələyə xüsusi ilə yanaşırdıq. Biz Azərbaycan tərəfi ilə razılaşdıq ki, yaxın zamanda birgə delimitasiya komissiyasının iclası bərpa olunacaq və monastr kompeksində hərəkət əngəllər olmadan baş verəcək”, – Zalkaliani bəyan etdi.

Onun qeyd etdiyinə görə, qeyd olunan məsələ üzrə kommunikasiya konstruktiv və partnyorluq rejimində həyata keçirilirdi.