Tbilisi meri David Narmaniya 2014-2017-ci illərdə fəaliyyətinin yekunlaşdırıcı hesabatı “Ekspo Corciya” sərgi mərkəzində keçirilir. David Narmaniya təqdimatı paytaxtda həyata keçirilən infrastruktur layihələrlə başladı və qeyd etdi ki, 2014-ci ilin avqustundan 2017-ci ilil oktyabrına qədər, yolun bərpası və cari təmir işləri 7, 295 814,93 kvadratmetr sahədə həyata keçirildi.
Tbilisi meri paytaxtda həyata keçirilmiş infrastruktur layihələrdən xüsusi diqqəti Sameba-Maxati və Krtsanisi-Şindisi yol birləşdircisinin tikintisinə yetirdi.
Bundan başqa, David Narmaniyanın dediyinə görə, Kocori-Samadlonu birləşdirən yolun 6,4 kilometrlik hissəsinin və Baqebi-Tsknetinin 12 kilometrlik yolun tam bərpasi işləri həyata keçirildi.
Paytaxt merinin dediyinə görə, Tbilisi Dənizi dolama yolunun və Temka qəsəbəsindən Tbilisi Dənizinə çıxan 12 kilometrlik yolun bərpasi işləri həyata keçirildi
David Narmaniya Puşkin küçəsində iki tərəfli hərəkətin bərpası haqqında da söhbət etdi.
Pekini küçəsinin bərpa işlərinə da xüsusi diqqət yetirdi. Merin dediyinə görə, qəzalı evlərin bərkidilməsi işlərinə də diqqət yetirdi və hesabat dövründə 472 obyektdə işlər yerinə yetirildi.
Onun dediyinə gorə, bunlardan başqa Kairo qəsəbəsi və Şindisi-Tabaxmela yolunda kanalizasiya şəbəkələrinin təşkili həyata keçirilir.
David Narmaniyanın dediyinə görə, infrastruktur layihələr çərçivəsində, Maxata Dağında yeni xiyabanın tikintisi həyata keçirilir