Data Vanişvili - özümünkülərdir, ölkəmdir, bu tərəfə keçdim və səs verdim ki, tikanlı məftillər olmasın
İşğal olunmuş xətt yaxınlğı kəndlərində prezident seçkiləri dinc şəraitdə keçirilir.
Birinci Kanalın jurnalistinin verdiyi məlumata görə, seçkilərdə həmçinin Xurvaleti kəndinin işğal olunmuş hissəsində, tikanlı məftillərin o tərəfində yaşayan, 80 yaşlı Data Vanişvili də iştirak etdi. O, bu tərəfə keçməyi bacardı və seçimini Xurvaletinin 70-ci məntəqəsində etdi.
Data Vanişvili deyir ki, rus hərbiçiləri ona xəbərdarlıq verdilər ki, üzdəniraq sərhədi keçib seçkilərdə iştirak etməsin. Xəbərdaqlığa baxmayaraq, Data Vanişvili artıq üçüncü seçkilərdə iştirak edir.
“Bütün özümünkülərdilər, mənim ölkəmdir, bu tərəfə keçdim və səs verdim. Tikanlı məftillərdə əlimi yaraladım. Lakin bu tərəfə keçməyimi kimsə qadağan edə bilməz. Seçki məntəqəsinə getdim və şəxsiyyət vəsiqəm evdə qalmışdı, həyat yoldaşıma xahiş etdim və o, tikanlı məftillərdən mənə çatdırdı. Yenə döndüm və səs verdim. Səs verdim ki, tikanlı məftillər olmasın”, – Data Vanişvili bəyan etdi.