Danimarka ilə matça qədər Gürcüstan yığmasının travma alanlarının sayı artdı - Avro 2020
Gürcüstan milli yığması Danimarka ilə rəsmi matçına qədər son məşqini keçirdi. Vladimer Vaysinin komandası bu gün 23 fubolçunun tərkibi ilə məşq etdi.
Hazırlıq prosesində komandanın kapitanı Caba Kankava da iştirak edirdi. O, diskvalifikasiyaya görə, Danimarka ilə görüşdə iştirak etməyəcək.
Təəsüflər olsun ki, travmaya görə, görüşdə Nika Kvekveskiri də iştirak etməyəcək.
Vladimer Vaysinin problemləri bununla sona yetmir. Travmaya görə, daha iki oyunçu Saba Kvirkveliya və David Xoçalava oynamayacaqlar. Son məşqdə məlum oldu ki, daha bir oyunçu, Laşa Dvali də travma aldı.
Həmçinin 18 yaşlı Zuriko Davitaşvili də travmaya görə, matçda iştirak edə bilməyəcək.
Avro 2020-də Danimarka “D” qrupunda səkkiz xal ilə ikinci, Gürcüstan isə, üç xal ilə dördüncü yerdədir. Komandaların birinci görüşü Kopenhaqendə Danimarkanın qələbəsi, 5:1 hesabı ilə başa çatdı.
Matç bu gün saat 20:00-da başlayacaq və birbaşa efirini Gürcüstanın Birinci Kanalı təqdim edəcək.