Daxili İşlər Nazirliyində, Xorava küçəsində baş verən qətl cinayəti ilə bağlı dörd yeniyetmənin sorğulanması keçirilir.
Yeniyetmələr İstintaq departamentinə valideynləri və vəkilləri ilə bərabər getdilər.
Yeniyetmələrin vəkillərinin dediyinə görə, onlar daha öncə də sorğuya çəkilmişdilər.
Vəkil Tamar Abesadzenin dediyinə görə, onun müdafiyə etdiyi yeniyetmə hadisə yerində idi, ancaq baş verən hadisə ilə bağlı bəzi detallar onun üçün məlum deyil.
“Müdafiyə etdiyim yeniyetmə hadisə yerindəydi, ancaq sonuna qədər orada durmayıb və məhz bıçaqlama faktını gözü ilə görməyib. Hadisə zamanı o özünü pis hiss etdi və onu oradan apardılar. Hadisəyi sonuna qədər görmədiyi üçün də dəqiq məlumatı yoxdur” – dedi Tamar Abesadze.
Xatırladaq ki, qeyd olunan cinayət işi prokurorluqdan geri Daxili İşlər Nazirliyinə verildi.