Daxili İşlər Nazirliyi "Oğru aləmi"-nin üzvü olmaq ittihamı ilə altı nəfəri həbs etdi [Video]
Daxili İşlər Nazirliyi “Oğru aləmi”-nin üzvü olmaq ittihamı ilə altı nəfəri həbs etdi.
Bu barədə bəyanatı Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin təşkil olunmuş cinayətlərlə mübarizənin baş idarəsinin rəhbəri Mamuka Çelidze, keçirdiyi brifinqdə verdi.
Onun dediyinə görə, Daxili İşlər Nazirliyi oğru aləminə qarşı mübarizəyə davam edir və onun məqsədi ölkədən “oğru aləmi” və onunla bağlı kriminal mentaliteti yox etməkdir.
Çelidze qeyd etdi ki, operativ tədbirlər Tbilisidə, Kutaisidə və Tsalkada keçirildi.