Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Detektivlər İdarəsinin əməkdaşları, polis nəzarəti çərçivəsində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində, İran İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü H.G.-nı, özəlliklə böyük miqdarda narkotik vasitəsinin qeyri qanuni əldə edilməsi-saxlanılması ittihamı ilə, Tbilisidə, Samğebro küçəsində yaxaladı.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquqmühafizəçilər, yaxalananın üst-başını yoxlayarkən, bir kiloqrama qədər heroin narkotik vasitəsini dəlil kimi çıxardı. İttiham olunan törətdiyi cinayəti etiraf edir.