Çində çoxmərtəbəli binada baş verən yanğın nəticəsində ən azı 14 nəfər həyatını itirib

15:09, 09.11.2026

Çinin Tayyuan şəhərində çoxmərtəbəli binalardan birində baş verən yanğın nəticəsində ən azı 14 nəfər həlak olub.

Məlumatlara görə, 38 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 25-i hazırda da müalicəsini davam etdirir, doqquz nəfərin vəziyyəti isə kritik ağırdır.

40 mərtəbəli binanın dördüncü mərtəbəsində, otelin yerləşdiyi hissədə başlayan yanğın qısa müddətdə yuxarı mərtəbələrə də yayılıb.

Yanğının başvermə səbəbi məlum deyil. Hadisə ilə bağlı araşdırma başlanılıb.

Oxşar