Çin Xarici İşlər Nazirliyində təsdiqləyirlər ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitində Si Cinpin Donald Trampla və Vladimir Putinlə görüşəcək
Çin Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitində Çin Prezidenti Si Cinpin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampla görüşəcək.
“19 noyabrda Prezident Si Cinpin Şençjendə Prezident Vladimir Putin və Prezident Donald Trampla birlikdə Çin-Rusiya-ABŞ sammiti keçirəcək”, – deyə nazirliyin məlumatında bildirilib.
Bu məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
Bununla yanaşı, Prezidentin köməkçisi Yuri Uşakovun bildirdiyinə görə, Moskva üçtərəfli görüşün beynəlxalq vəziyyətə müsbət təsir göstərəcəyinə ümid edir.
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti noyabrın 18-19-da Şençjendə keçiriləcək.