Çin Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş rejimi tətbiq edib
Çin Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş rejimi tətbiq edib

 
Gürcüstan vətəndaşları üçün Çin Respublikası ərazisində vizasız gediş-gəliş rejimi tətbiq edilib.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında açıqlayıb.

Baş nazirin qeyd etdiyi kimi, Gürcüstan vətəndaşları Çində 30 gün vizasız qala bilərlər.

Xatırladaq ki, Çin vətəndaşları üçün vizasız gediş-gəliş rejimi 2023-cü ilin sentyabrın 11-dən qüvvəyə minib.

Bundan əlavə, Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq haqqında saziş 2023-cü ilin iyununda imzalanıb.